6 İyun 2014 13:34
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məleykə Abbaszadə yenə ictimaiyyətə səsləndi: “Rəqəmlər göz qabağılndadır”


“Mayın 8-də buraxılış imtahanları başlayır. Bu, çox mürəkkəb prosesdir. Birinci buraxılış imtahanında 70 mindən çox insan iştirak edəcək”.

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirdi və ictimaiyyətə səslənərək dedi ki, buraxılış imtahanlarına dair iki həftəyə yaxındır test tapşırıqları nümunələri TQDK-nın saytına yerləşdirlib, amma bu nümunələrə baxış sayı azdır:

“Bu tapşırıqları saytdan götürmək pulsuzdur, məzunlar maraqlanmalıdır ki, imtahanlara düşən sualların səviyyəsi necə olacaq. Amma rəqəmlərə nəzər yetirsək, baxış sayının az olduğunu görərik. Rus bölməsindən 11271, Azərbaycan bölməsindən 22068, 9 illik buraxılış üzrə rus bölməsindən 5462, Azərbaycan mətbuat bölməsindən 17 min şəxs bu tapşırıqları əldə edib. Rəqəmlər göz qabağındadır. İki gündən sonra yalnız Bakıda 70 min uşaq imtahana gələcək, Hələ ki vaxt var. Ölkə üzrə ümumi 200 min məzun buraxılış imtahanı verəcək, təəssüf ki, heç 10 faizi nümunələrlə tanış olmayıb”.

Məleykə Abbaszadə onu da vurğuladı ki, test tapşırıqlarından müəllimlər də faydalana bilərlər.

SEVİL


Müəllif: