23 Dekabr 2015 10:39
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəni Camalzadənin “Karxana” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Karxana” yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba müəllifin “Karxana” romanı və hekayələri daxil edilib.

Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir. Kitabın redaktoru görkəmli yazıçı Məmməd Orucdur.

Qəni Camalzadənin fikrincə, ən ədalətli cəmiyyətlərdə də haqsızlıqlar olur: “Onları islah eləmək həm də ədəbiyyatın vəzifəsidir. 40 ildə yazı prosesi ilə məşğul olsam da, birinci dəfədir kitabımın təqdimat mərasimi keçirilir. Əlbəttə, oxucuların kitaba marağı sevindiricidir hadisədir. Kitablarımın mövzusu satira və yumordur”.

Nərgiz


Müəllif: