4 Fevral 2016 15:05
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin aparıcı nümayəndələri ilə görüş keçirib.

Görüşdə Nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliklərinin rəhbərləri, aparıcı turizm şirkətləri və mehmanxana rəhbərləri iştirak ediblər.

Nazir çıxışında bildirib ki, son illər turizm sahəsinin qeyri-enerji sektorunun inkişafında turizm sahəsinin prioritet olması növbəti illərdə də turizm sənayesinin yeni mərhələdə inkişaf etdirilməsinin vacibdir. O, Prezidenti İlham Əliyevin öz çıxışlarında mütəmadi olaraq, normativ hüquqi bazanın yenilənməsinə, 2013-cü ildən etibarən digər turizmin inkişaf etmiş ölkələrində olduğu kimi elektron viza sisteminin tətbiq edilməsinə, turizm sahəsində prioritet olan ölkələrin təcrübəsinə əsasən hava limanlarında vizanın verilməsi məsələlərinin diqqətində olmasını bildirib.

Daha sonra Əbülfəs Qarayev turizm sənayesi nümayəndələrinin Assosiasiya rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib. Azərbaycana turistlərin cəlb olunması üçün yaradılacaq yeni turizm məhsulunun indiki mərhələdə vacibliyi qeyd olunub.

Eyni zamanda hər 4 Assosiasiyanın vahid, koordinasiya olunmuş qaydada turistlərin cəlb olunması üçün birgə fəaliyyət göstərmələrinin və fəaliyyət planlarının əhəmiyyəti də müzakirə edilib.

Nazir qeyd edib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır. Turizmin inkişafında elektron texnologiyalardan istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “GoMap”-in son dövrlər turizm sahəsinə verdiyi töhvələr buna misal ola bilər. Bu layihənin daha da geniş tanıdılması və inkişaf etdirilməsi istiqamətində turizm sənayesi nümayəndələrinin də aktivlik göstərməli olduğu bildirilmişdir.

Daha sonra turizm sənayesi nümayəndələrinin təklifləri dinlənilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər