15 Fevral 2016 00:07
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş “Azərbaycanın memarı” adlı layihənin təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri Çingiz İsmayılovdur.

AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Gənclər Birliyinin ofisinin layihələr üzrə koordinatoru Fərid Nəsibov layihə haqqında məlumat verib. O, mövzunun gənclər üçün aktual olduğunu vurğulayıb və layihənin gələcəkdə də maraq kəsb etdiyini diqqətə çatdırıb.

Çingiz İsmayılov rəhbəri olduğu layihənin əsas məqsədinin ulu öndər Heydər Əliyev irsinin öyrədilməsindən, gələcək nəslə tarixi faktları və şəxsiyyətlər haqda doğru məlumatları çatdırmaqdan ibarət olduğunu vurğulayıb.

Sonra gənclərin də iştirakı ilə mövzu ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.


Müəllif: