Qoç - Bu günün təmayüllərini hiss edin, hər şeyin qaydasında olduğunu yoxlayın. Vədlərinizi yerinə yetirin, çünki sizinlə bağlı gözləntilər var. Yaxınlarınız, dəyər verdiyiniz insanlar və sevgilinizlə münasibətlərdə güzəştə getməyi bacarın. Yardıma ehtiyacı olan insana kömək edin.
Buğa - İşdə rəhbərlik, günün yaşamında isə rəsmi strukturlar və sadəcə, şərtlərin təzyiqi hiss olunacaq. Ayla Veneranın münasibətləri belə təsiri qaçılmaz edir. Reaksiya sizdən asılıdır. Sözlər və addımlarda sonrakı hadisələrin zəmini formalaşır. Hər şey istədiyiniz təki sadə, asan olmayacaq.
Əkizlər - İş nə qədər ağır və mürəkkəb olarsa, gün bir o qədər sürətlə keçəcək. Əhvalınızdakı dəyişikliklər sizə günün leytmotivini görməyə, baş verənlərin qayəsini anlamağa mane olmamalıdır. Əlverişli şansları dəyərləndirin, durumun yaxşılaşdırılması üçün münbit zəmin hazırlamağa çalışın. Yeni nə varsa, cazibədar təsir bağışlaya bilər.
Xərçəng - Yaxınlarınızla münasibətlərdə böyük mövzuların müzakirəsinə ehtiyac yarana bilər. Ailənin yaşlı üzvlərinə daha çox diqqət ayırın. Qarşılıqlı anlaşma, müxtəlif yaşlı insanlar arasında münasibətlərdə səmimiyyətdə problemlərin yaranması istisna deyil.
Şir - Yerinə yetirmədiyiniz vədləri, unutduğunuz öhdəlikləri bu gün sizə xatırladacaqlar. Günəş və Marsın münasibətlərinin günə təsiri işinizin artmasına səbəb olacaq. Ruh düşkünlüyü, depressiyaya qapılmayın. Narazılığın ən yaxşı "dərman"ı işdir.
Qız - Günün şərtləri və yaşanan hadisələrlə barışın, bəzi məqamlara sərt etiraz etməyin. Uğursuzluq zolağının davam etməsindən narahat olmayın. Hansısa nəsnələri əldə etmək üçün bəzi məqamlardan imtina etmək gərəkdir. Situasiyanın dərk edilməməsi, günün tələblərinin inkar olunması səhhətinizə mənfi təsir etməklə yanaşı, infeksiyalara və bakteriyalara müqavimət imkanlarınızı aşağı sala bilər.
Tərəzi - Bu gündən nəticələrə nəzər salınması və əldə edilənlərin dəyərləndirilməsi üçün istifadə edin. Sabaha hazırlaşın. Mövqeyinizi hər baxımdan təhlil edin və yeni qərar qəbul edin. Yaxın vaxtlarda yeni təcrübə əldə etmək üçün əlverişli vaxtdır.
Əqrəb - Hansısa çətin işi təşkil etmək, həll olunası nüansların sayının artırılması cəhdləri uzun-uzadı, faydasız müzakirələrə səbəb ola bilər. İnformasiya axtarışı ilə bağlı gözlənilməz tələbat yarana bilər. Şəxsi münasibətlərdə ehtiyatlı olun, çünki mübahisə ehtimalı var.
Oxatan - Valideynlərə və ya qohumlardan birinə yardım gərək ola bilər. Şəxsi münasibətlərdə təşəbbüs istənilən effekti verməyəcək. Emosiya və hisslərdə müəyyən durğunluq var. Axşam saatlarını özünüzə ayırın.
Oğlaq - Bu gün ön planda iş və yalnız iş olmalıdır. Əsas diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan informasiyanı sistemləşdirin. Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların sakitləşdirlməsi üçün əlverişli gündür.
Dolça - Yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə yetirilməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş edəcəklər. Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları dəqiqləşdirin.
Balıqlar - Əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən vaxtınızı işə sərf edin. Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin. Belədə gün sizdə razılıq hissi yaradacaq.
Milli.Az