25 Fevral 2016 13:19
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Karabağ hikayeleri” Əskişəhərdə böyük maraqla qarşılanıb.

Millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasiminə Əskişəhərdə çoxlu sayda ziyalılar, müəllimlər, KİV və QHT təmsilçiləri qatılıb. Əskişəhər Azərbaycan Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər Qarabağ mövzusu ilə bağlı kitabın Əskişəhərdə təqdimat və imzalanmasının önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb və kitabları imzalayaraq tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq 2-ci başqı ilə nəşr edilib.

Tədbirdə Cahan Holdinqin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.


Müəllif:

Oxşar xəbərlər