3 Mart 2016 12:26
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“GMO-lu məhsulları aşkarlamaq üçün qanun var, amma mexanizim yoxdur”

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədrinin sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 4 ildir ki, GMO məhsullarının fəaliyyəti ilə bağlı laboratoriya fəaliyyət göstərir. Eyni zamanda, Dövlət Gömrük Komitəsində də belə bir laboratoriya mövcuddur. Biz 4 il ərzində bu baxımdan ixtisaslaşmışıq. Bu gün Azərbaycanda bu sahədə olan labortoriyalar müasir avadanlıq ilə təchiz edilib. GMO məhsullarının aşkarlamaq üçün qanun var, amma mexanizim yoxdur. Biz başqa ölkələrin bu sahədə təcrübülərini öyrənirik “.

İlhamə


Müəllif:

Oxşar xəbərlər