5 Mart 2016 13:22
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Nadirovun vəkili: “Evin və maşının açarını hüquq-mühafizə orqanlarına təhvil verib”

Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulması haqqında açıqlama verib.

Orxan Nadirovun vəkili Habil Vəliyevin Teleqraf.com-a açıqlamasına görə, dövlət tərəfindən əmlakın siyahıya alınması normaldır: “Əmlakın siyahıya alınması həbs qoyulması demək deyil. İlhamə Quliyevanın mirasına həbs qoyulmayıb. Belə hallarda hüquqi məsələ baxımından dövlət tərəfindən müdaxilə olunur. İlhamə xanım rəhmətə gedib. Onun oğlu Orxan Nadirov isə hələ ki, bu məsələlərlə məşğul deyil. Ancaq yas mərasimi ilə maraqlanır. Miras haqqında düşünmür. Ortada heç bir narahatçılıq yoxdur. Seyfdən başqa evlərin və maşının açarı Orxan Nadirovda idi. Hamıya da bəllidir ki, ana-atadan sonra mirasa övlad sahib olur. Hazırda evin və maşının açarı Orxanda deyil, dünən hüquq-mühafizə orqanlarına təhvil verib. Qanun belə tələb edir”.

Ə.Mirəliyev ANS-ə açıqlamasında İlhamə Quliyevanın mirasına dövlət tərəfindən həbs qoyulduğunu bildirib: “Onun mirasına həbs qoyulub. Orxan kimdir ki? İlhamə Quliyevanın ən etibar etdiyi, sevdiyi insan birincisi dayısı oğlu Eldar İsmayılov idi, sonra mən və mənim qızım Samirə. Nə olsun ki, xalasının nəvəsini saxlayıb? Orxan böyüyəndən sonra oğul kimi özünü təsdiqləyə bilməyib. Orxan ancaq İlhamənin malından, adından istifadə edib”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər