Novruz bayramı münasibətilə Bakı bulvarında atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, martın 19-da Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti bir daha bildirir ki, “İlaxır çərşənbə” günü – martın 15-də saat 19:00-da Heydər Əliyev Sarayının arxasında, Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.