Azərbaycanda daxili işlər nazirinin I müavini vəzifəsi yaradılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Daxili işlər nazirinin birinci müavini prezident tərəfindən təyin ediləcək. Daxili İşlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini birinci müavininə, nazir müavinlərindən birinə tapşıra bilər.