Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 53 yaşı tamam olur.
Teleqraf.com xəbər verir ki, E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
E.Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.
Teleqraf.com-un kollektivi daim ictimaiyyətlə əlaqələrə yüksək səviyyədə maraq göstərən Eldar Sultanovu təbrik edir, gələcək işlərində uğurlar arzulayır.