17 Mart 2016 16:17
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili arasında görüş keçirib.

Görüşdə nazir tərəfindən iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu və Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 1-ci iclasının uğurla keçirildiyini qeyd edib: “Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması istiqamətində müvafiq işlər aparılıb”.

Nazir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin bildirib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili 1-8 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş YUNESKO-nun Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası zamanı Gürcüstanın “Qvevri – qədim gürcü ənənəvi şərab hazırlama üsulu”nun YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Əbülfəs Qarayev həmçinin 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barəsində məlumat verib.

Qonaqlar səfər çərçivəsində bir neçə muzey və tarixi abidəni ziyarət ediblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər