19 Mart 2016 16:59
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2243,2 milyon manatlıq məhsul satılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, xidmət subyektləri tərəfindən 666,9 milyon manatlıq pullu xidmət göstərilib. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 4,3 faiz, pullu xidmətlərin həcmi isə 3,6 faiz artıb.

Ticarət şəbəkəsində 1124,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1118,4 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər