4 Aprel 2016 14:04
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:37

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun şəhid olan giziri Səfərov Elimdar Səlimxan oğlu bu gün dəfn edilib.


Musavat.com xəbər verir ki, 24 yaşlı gizir Neftçala rayonunun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.

***


Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Sərxan Bağırov dəfn olunub.

APA-nın məlumatına görə, şəhid doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak edib. Çıxış edənlər Sərxanın döyüş yoluna nəzər salaraq onun qorxmaz hərbçi olduğunu, düşmənə layiqli cavab verdiyini bildiriblər.

Azərbaycan himni səsləndirilib, yaylım atəşindən sonra şəhid dəfn edilib.

Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

***

Aprelin 2-dən 3-nə keçən gecə düşmənin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun giziri, 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu dəfn edilib.


Şəhid Xızı rayonunun Giləzi qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.

***

Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.

Dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər