5 Aprel 2016 11:15
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdam rayonunun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasının bir hissəsi sıradan çıxıb. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, dünən axşam saatlarında baş verən hadisə nəticəsində bir neçə kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb: "Gecə saatlarında rəhbərliyimlə əraziyə baxış keçirildi, dəymiş ziyan müəyyənləşdirildi və hazırda bərpa işləri gedir. Yaxın saatlarda yarımstansiyanın digər hissəsindən kəndlərin elektrik enerjisi ilə təminatı bərpa ediləcək".

R.Məmmədov bildirib ki, Ağdam sakinləri hazırda mənzillərində yaşayırlar, çünki atəş səsləri onları qorxutmur: "Bütün işlər öz qaydasında davam edir. Əhali Azərbaycan Ordusunun qələbəsinə hazırlaşır".


Müəllif:

Oxşar xəbərlər