İsveçdə rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Uppsala şəhərindən maraqlı fotosunu sosial şəbəkələrdə paylaşıb.
Teleqraf.com-un məlumatına görə, İsveçdə yerləşən “Beynəlxalq Həyat Sözü” Təşkilatının dəvəti ilə aprelin 11-dən bu ölkədə səfərdə olan Mübariz Qurbanlının səfəri aprelin 14-dək davam edəcək. Dövlət Komitəsinin sədri fonunda təbiət mənzərəsi olan fotoya əlavə şərh verməyib.
Qeyd edək ki, Mübariz Qurbanlı səfər çərçivəsində Stokholm və Uppsala şəhərlərində görüşlər keçirəcək. Həmçinin, səfər proqramına uyğun olaraq İsveçin nüfuzlu Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun təşkilatçılığı ilə ölkəmizin tolerantlıq ənənələri, multikulturalizm modelinin təbliği, iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi, qlobal aktuallıq kəsb edən miqrant axını, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və son günlər işğalçı Ermənistan tərəfindən qoşunların təmas xəttində Azərbaycana qarşı törədilən növbəti silahlı təxribat, ölkəmiz tərəfindən görülən cavab tədbirləri, eləcə də regiona aid maraq kəsb edən digər məsələlərlə bağlı dəyirmi masa təşkil ediləcək.
Kəmalə