15 Aprel 2016 13:11
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il orta məktəbi "5" qiymətlə bitirən şagirdlərin sayı 5-6 min olur.

Bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin baş məsləhətçisi Gülarə Xudiyeva deyib.

Gülarə Xudiyevanın sözlərinə görə, nazirliyin medal verdiyi şagirdlərin sayı isə 200-dən artıq olmur: "Bəzən valideynlər narazılıq edirlər ki, övladı məktəbi "5"-lə bitirib, niyə onun uşağına qızıl medal verilmir. Çünki qızıl və gümüş medal almağın şərtləri var.

İlk növbədə şagirdin attestat qiymətlərinin, eləcə də cari illərdə aldığı qiymətlərin 75 faizi əla olmalıdır. Şəhadətnaməsində "3" qiyməti olmamalıdır. Respublika fənn olimpiadalarının yekun turunda yer tutmalıdır. Ölkə və beynəlxalq yarışlarda mükafata layiq görülməlidir".

Gülarə Xudiyeva onu da bildirib ki, keçən il Azərbaycan respublikası üzrə 131 şagird qızıl medala layiq görülüb. Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər