18 Aprel 2016 19:22
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədə nümayəndəliyinin yaradılmasına ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.

Deputat bildirib ki, Türkiyə turizm istiqamətində bizimlə rəqabət aparan ölkədir: “İndi onlar guya oradan bizə turist göndərəcək? Ona görə biz elə yerlərdə nümayəndəlik yaratmalıyıq ki, oradan ölkəmizə turistlər gəlsin. Novruz bayramında Bakıya xeyli turist gəlmişdi. Onlar hamısı bayramda gələn turistlərdir. Gəlin baxaq görək, yay fəslində də həmin turistlər bura gələcəkmi? Rusiyadan bizə turistlər gələcəkmi? Yaxud, Ukraynadan olan turist bizi seçəcəkmi? Bizdə olan qiymətlərlə inanmıram ki, kimsə bura gəlsin”.

Qeyd edək ki, adıçəkilən nazirliyin Türkiyədə nümayəndəlik açması məlumatını iclasda MM-in Əmək və sosial siyasətn komitəsinin sədri Hadı Rəcəbli verib.

Onun dediyinə görə, Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın paytaxtı Moskva şəhərində nümayəndəliyi açılıb.

“Eyni zamanda, nazirliyin Türkiyədə də nümayəndəliyi açılıb və bu nümayəndəlik həmin regionda yerləşən ölkələrlə də iş aparmağı nəzərdə tutur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər