19 Aprel 2016 17:08
9 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun fasilədən sonra Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi” bu gün yenidən istifadəyə verilib. Bu barədə Teleqraf.com-a məsciddə ibadət edənlər məlumat verib.

Məscidin yenidən açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin dini işləri müşaviri və digər səlahiyyətli nümayəndələri, o cümlədən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli iştirak edib, birlikdə ibadət ediblər.

Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məscədin bundan sonrakı fəaliyyətinə birlikdə nəzarət edəcəklər.

Qeyd edək ki, təmir işləri aparıldığı üçün 2008-ci ildən məscidin fəaliyyəti dayandırılmışdı.

Ayxan


Müəllif:

Oxşar xəbərlər