21 Aprel 2016 12:22
7 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançestr Universitetinə qəbul olan ilk azərbaycanlı Elçin Fərziyev maddi imkansızlıq üzündən nüfuzlu ali məktəbdə təhsil almaq şansını əldən verə bilər.

Bu barədə Teleqraf.com-a Elçin Fərziyev özü məlumat verib.

İxtisasca həkim-stomatoloq olan Elçin Fərziyev deyir ki, qəbul olduğu Mançestr Universiteti dünya reytinqində ilk yüzlükdə 43-cü, tibb təhsili üzrə 51-ci yerdədir: “Burada təhsil almaq üçün dünya üzrə cəmi 4 yer ayrılır və o yerlərdən birini mən qazanmışam. İndiyədək orada təhsil ala bilən ilk azərbaycanlı ola bilərəm. Təhsil Nazirliyinin “Xaricdə təhsil” proqramına arxayın idim. Amma bu günlərdə məlum oldu ki, proqramın profilində dəyişiklik olub”.

Qeyd edək ki, təhsil haqqını son ödəmə tarixi mayın 3-də bitir. Elçin Fərziyevin təhsil almasına kömək etmək o universitetun yüksəkixtisalı kadrının Azərbaycanda olması deməkdir.

Burada təhsil almaq ancaq nəzəriyyədən ibarət deyil. Ali təhsil ocağınını yetirməsinin orada öyrəndiyi bilikləri burada tətbiq etməsi çox faydalıdır.

Mançestr Universitetinin illik təhsil haqqı 46 min funt sterlinqdir.

Elçin Fərziyev inanır ki, aidiyyəti qurumlar və imkanlı şəxslər təhsil amaq üçün ona yardım edəcək.

Elçin Fərziyev 2006-cı ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsinə qəbul olub. 2011-ci ildə oranı bitirib və elə həmin ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna rezidenturaya qəbul olub. 2014-cü ildə isə oranı bitirib.

Kömək etmək istəyənlər (055) 653 42 41 nömrəli telefonla əlaqə saxlaya bilər.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər