26 Aprel 2016 20:59
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə cəbhə xəttində baş verən döyüşlər zamanı Tərtər rayonunda 20 fərdi yaşayış evinin ziyan görməsi ilə yanaşı rayonun elektrik, qaz təsərrüfatına ciddi ziyan dəyib.

Teleqraf.com-un ANS-ə istinadən verdiyi məlumata görə, artıq yüksək gərginlikli elektrik xətlərinin, o cümlədən qaz təchizatının normallaşdırılması ilə bağlı işlər görülür.

“Ümumilikdə cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycan ordusunun cavab zərbələrindən sonra səhər 05:00 radələrindən təmas xəttində nisbi sakitlikdir. Kəndlilər kəndi tərk etməyiblər. Onların yalnız bir narazılığı var ki, kənd təsərrüfatı qayğıları ilə məşğul ola bimirlər. Çünki açıq əraziyə çıxan zaman qarşı tərəf dinc əhalini atəşə tutur”.

Kənd sakini Günay Şirinova evlərinə mərminin düşməsindən danışaraq hadisə baş verən zaman həyətdə olduqlarını bildirib.

“Biz çıxıb həyətdəki palmanın yanına çatanda mərmi evə düşdü . O biri otağa da qəlpələr düşüb, bütün dam örtüyü dəlmə-deşik olub”, - deyə kənd sakini evlərinə dəyən ziyandan danışıb.

Ümumilikdə, Tərtər rayon FHN-dən aldığımız məlumata görə, rayon üzrə 20 evə ziyan dəyib.

Gecəboyu dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mərmilərdən biri Tərtərin Qaynaq kəndində sakinlərdən birinin evinə düşüb. Nəticədə ev tamamilə qəzalı vəziyyətdədir.

Ev sahibinin sözlərinə görə, hadisə ailə üzvləri zirzəmiyə düşən zaman baş verib.

“Top həyətə düşdü. Bir neçə mərmi idi. Biri bu evin arxasına düşüb, digəri burada əmioğlu var, onun həyətinə düşüb”, - deyə dağılan mənzilin sahibin qohumu Əbdüləziz Nəcəfov bildirib.

Ermənilər dinc azərbaycanlı əhalini bu günə qoyub… -  Video+Fotolar
Ermənilər dinc azərbaycanlı əhalini bu günə qoyub… -  Video+Fotolar
Ermənilər dinc azərbaycanlı əhalini bu günə qoyub… -  Video+Fotolar
Ermənilər dinc azərbaycanlı əhalini bu günə qoyub… -  Video+Fotolar


Müəllif:

Oxşar xəbərlər