6 May 2016 12:28
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbayan gömrük xidməti üçün əlamətdar gündür. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdən biri də bu idarənin açılışı sayıla bilər”.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimində deyib.

Komitə sədri bildirib ki, Azərbaycan gömrük xidməti uzun illərdir ABŞ Dövlət Departamenti, BMT, Atom Enerejisi üzrə Beynılxalq Assosiyasiya və digər beynəlxalq təşkilatlarla əməkdşlıq edir: “Bu əməkdaşlığın nəticəsi olaraq bu gün həm də gömrük üçün xüsusi əhəmiyyətli avadanlıqların da təqdimatı olacaq.

Bakı Baş Gömrük İdarəsinin Azərbaycanın gömrük sistemində xüsusi yeri var. Dövlət büdcəsi gömrük tərəfindən yalnız idxal əməliyyatları vasitəsilə zənginləşir və proqnozun yerinə yetirilməsində Bakı Baş Gömrük İdarəsi 75 faiz rol oynayır.

Sahibkarlığın inkişafına göstərilən diqqətə gömrük sistemi də öz dəstəyini verir. Mayın 4-dən etibarən elektron bəyanetmə sisteminin tətbiq olunması, bir sıra gömrük xidmətləri və yığımlar üzrə qiymətlərin aşağı salınması, yaxın zamanlarda “yaşıl koridor”un istifadəyə hazır olacağı, gömrük infrastrukturunda yeni məntəqələrin açılması bunun bariz nümunəsidir”.

Aydın Əliyev deyib ki, yeni inzibati binanın açılışı sahibkarlara dəstək deməkdir: “Çünki burada əsas İpək Yolu terminalı gömrük postu fəaliyyət göstərirdi və yüklərin 60 faizə qədəri məhz bu terminalda rəsmişləşdirilirdi.
Mərkəzi gömrük laboratoriyası, karqo terminalı və Bakı Baş Gömrük İdarəsinin bir yerdə olması yüklərin daha tez rəsmiləşdirilməsinə nail olmaq deməkdir”.

Komitə sədri gömrük xidmətində ABŞ-Azərbaycan əməkdaşlığı barədə də məlumat verib: “1995-ci ildən etibarən Azərbaycan gömrük xidməti ABŞ hökuməti ilə ixraca nəzarət proqramı üzrə əməkdaşlıq edir. Azərbaycanda ixraca nəzarət üzrə qanunvericiliyin yaradılması, kinoloji xidmətdə Amerika təcübəsindən istifadə olunması, gömrük tarifləri haqqında qərar hazırlanarkən məhz ABŞ modelindən yararlanmağımız və bir çox treninqlərdə iştirakımız bu əməkdaşlığın nümunəsdir”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər