11 May 2016 11:30
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür. Həmçinin TQDK-nın rəsmi saytında imtahahn nəticələri və cavab kartlarının qrafik təsvirləri verilmiş keçiddə yerləşdirilib.


Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 8-də Respublikanın 37 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirib. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 50258 abituriyent qeydiyyatdan keçib.


Müəllif: