BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin mediada işıqlandırılması” mövzusunda təlim təşkil edilib.
Teleqraf.com xəbər verir ki, iki gün davam edən təlim çərçivəsində insan haqları, gender problemləri, gender əsaslı zorakılıq və s. haqda olan mövzulara toxunulub.
Təlimin açılışında çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev qeyd olunan məsələlər üzrə mövcud vəziyyətdən, problemlərin həlli sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
O dünyada dünya üzrə demoqrafik problemlər, ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, gender bərabərliyinin təmin olunması, ana və uşaq ölümü hallarının qarşısının alınması, ailə sağlamlığının yaxşılaşdırılması ilə bağlı fikilərini bölüşüb.
Müzakirələrlə keçən təlimdə mövzu ətrafında jurnalistləri maraqlandıran məsələlərə toxunulub.