Bu gün gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhərlərindən ümumilikdə 30-dan artıq sakin iştirak edib.
Müraciətlər gənclər, idman sahələri və tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və şəxsi məsələləri əhatə edib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
İlhamə ƏBÜLFƏT