May ayının 23-26-da Bakı şəhəri Bilgəh qəsəbəsi “Jumeirah Bilgah” Hotelində Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyası Dövlət Dumasının Aqrar Məsələlər üzrə Komitəsinin, Rusiyanın və bir çox digər ölkələrin aparıcı süd istehsalçılarının və emalçılarının dəstəyi ilə “IV Yay Süd Sammiti” və “II Beynəlxalq Pendir Forumu” keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin-dən Teleqraf.com-a verilən məlumaya görə, tədbirin ölkəmizin MDB, Avropa Birliyi və digər ölkələrin süd istehsalçıları və emalçıları arasında əməkdaşlıq əlaqələrinin yaranması və onların genişləndirilməsində böyük rol oynayacağı gözlənilir.
İlhamə ƏBÜLFƏT