Alman kinorejissoru Fridhelm Brükner Azərbaycanda film çəkəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rejissorun çəkdiyi film Azərbaycandakı alman irsi haqqındadır.
Məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsini dünyaya çatdırmaqdır. Filmin Almaniyanın bir neçə televiziya kanallarında yayımı nəzərdə tutulur.
Çəkilişlərə sentyabr ayında start veriləcək.
Məlumat üçün bildiririk ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illiyi qeyd olunacaq.
Azərbaycanda mövcud olmuş alman irsi haqqında film yubiley çərçivəsində çəkiləcək.
Nərmin