7 İyun 2016 01:32
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib.

Trend-in "Sputnik-Georgia"ya istinadən verdiyi məluama görə, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib.

"Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turistlər və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu çox müsbət göstəricidir" - deyə baş nazir bildirib.

Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib.

Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Turkiyə gəlir.


Müəllif:

Oxşar xəbərlər