Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Fəva Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə ona 2500 manat cərimə miqdarında cərimə olunub.
Buna səbəb yeni dəyişiklərə əsasən Cinayət Məcəlləsinə külli miqdarda ziyan vurmaqla məbləğ dəyişikliyi olub. 10 min manatadək ziyan az ağır cinayətlər koteqoriyasına daxil edilib. Fəva Zeynalov maddəsi dəyişdirilib. O məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Fəva Zeynalova Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilib. O, vətəndaşa 9 min manat ziyan vurub. Saxlanılan zaman dəymiş ziyan ödənilib. Barışıq əldə edilib.
Hacı Zeynalov