Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Tural Kazımov həyat yoldaşı Maya Kazımovanı boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Məlumata görə, Tural Kərimov həyat yoldaşının başqa kişi ilə danışmasından şübhələnib və buna görə də onu öldürüb.
Tural Kazımov həbs edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov