22 İyun 2016 14:01
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəki rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Layısqı kəndində, kənd sakini Zahir Rəsulov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 316 kiloqram 1432 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Yardımlı rayon polis şöbəsinin əməkdaşları keçirib. Polis əməkdaşları tərəfindən Arvana kəndi ərazisindən ümumi çəkisi 12 ton 200 kiloqram olan 17142 ədəd çətənə kolu tapılıb.

Bundan başqa, Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən Qaramanlı kəndi ərazisindən, ümumi çəkisi 2 ton 630 kiloqram olan 39548 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.


Müəllif:

Oxşar xəbərlər