Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Vərməziyar kəndində qeydə alınıb.
Rayon sakini Vilayət Cabbarov idarə etdiyi “KAMAZ” markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Şərur rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov