27 İyun 2016 13:32
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.

Daha bir bədbəxt hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Gültəkin Səfərova hündürmərtəbli binanın yaşadığı 4-cü mərtəbəsinin eyvanından yıxılaraq ölüb.

Bundan başqa, Masazır qəsəbə sakini Azər Novruzov Sumqayıt şəhərindəki dəniz çimərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Bundan əlavə, iyunun 22-də çimmək məqsədilə dənizə tullanmış Fərid İsmayıllının meyiti iyunun 25-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər