29 İyun 2016 11:18
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Ordusunun gizirinə qarşı quldurluq etməkdə təqsirləndirilən Amil Hüseynov və Ələsgər Nağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Amil Hüseynov 8 il 6 ay , Ələsgər Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub. Onlar Azərbaycan Ordusunun giziri Elçin Pənahova qarşı quldurluq ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər