Mingəçevir su anbarında batan şəxs xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyinin dalğıc-xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.