Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları növbəti əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Əli Qədirov və Adil Kazımov həbs edilib.
Əli Qədirovdan 250,822 qram heroin, Adil Kazımovdan isə 50,10 qram narkotik vasitə olan “Metamfetamin” götürülüb.
Hacı Zeynalov