İranın Bəndər-Məhşəhr şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
Teleqraf.com RİA.Novosti agentliyinə istinadən xəbər verir ki, yanğına səbəb neft sızması olub.
Yanğının qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, Bəndər-Məhşəhrdəki zavod neft və neft məhsullarını Avropa, Şərqi Asiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edir. Yanğını söndürmək üçün bir neçə yanğından mühafizə briqadası əraziyə cəlb edilib.