8 İyul 2016 12:37
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Danaçı kəndində qeydə alınıb.

Zaqatala rayon sakini Bilal Nəbiyev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İJ” markalı motosikleti yolun kənarında dayanmış həmyerlisi Bəxtiyar Mamayevə məxsus “İJ” markalı motosikletə vurub.

Nəticədə Bəxtiyar Nəbiyevin sərnişini, Bakı şəhər sakini Pyotr Kuznetsov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: