Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Osman Salahov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Osman Salahovun kim tərəfindən və hansı zəmində bıçaqlandığı məlum deyil. Hazırda polis onu bıçaqlayan şəxsin tutulması üçün tədbirlər görür.
Faktla bağlı Göygöl rayon polis şöbəsində cinayət işi başlayıb.
Hacı Zeynalov