1 Avqust 2016 21:47
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayon sakini Elmir Məmmədov, Salyan rayon sakini Eyyub Məmmədov və Şəmkir rayon sakini İlqar Məmmədov tutulublar. Dəstə üzvləri Bakının Xəzər rayonunda ayrı-ayrı vaxtlarda 13 evi qarət ediblər. Onlar evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli biliniblər. Mütəşəkkil dəstənin üzvlərinin hər biri əvvəllər məhkum olunublar. Elə onları bir-birinə bağlayanda həbsxana həyatı olub. Məhkmuluq həyatı yaşadığı dövrdə bir-birləri ilə tanış olublar. Həbsdən çxıandan sonra yenidən birləşərək, paytaxtda oğurluq cinayətləri törədiblər. Hacı Zeynalov

Müəllif:

Oxşar xəbərlər