Sabirabad rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.
Kəndin sakini, 2002-ci il təvəllüdlü Güllü Baxışova həyətlərindəki su nasosuna toxunarkən elektrik cərəyanı vurub. Güllü Baxışova hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov