2 Avqust 2016 19:24
4 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon sakini, 1988-ci il təvəllüdlü Zaur Misirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Zaur Misirxanov 18 fevral 2015-ci il tarixdə, saat 16.00 radələrində Quba rayonu, Hacıhüseynli kəndində 1998-ci il təvəllüdlü Sevda Nəbiyevanın (ad və soyadı şərti verilib) evlərindən çıxaraq piyada kəndarası yolla tək getdiyini görüb.

Qız qaçırma və zorakılıq

Həmin vaxt Zaur Misirxanov ətrafda heç kimin olmamasından istifadə edərək arxadan Sevda Nəbiyevaya yaxınlaşıb və əli ilə qızın ağzını tutaraq köməyə adam çağırmasına imkan verməyib.

Zaur Misirxanov Sevda Nəbiyevanı sürüyə-sürüyə həmkəndlisi Hüseyn Laçınovun sahibsiz qalmış evinin həyətinə gətirib. Orada Zaur Misirxanov Sevda Nəbiyevanı döyərək çoxsaylı bədən xəsarətləri yetirib.

Hədə-qorxu altında evlilik

O, Sevda Nəbiyevanı zorla həyətdə kənarları şiferlə əhatə olunmuş 3 kv. metr sahəsi olan yardımçı tikilinin içərisinə salıb. Orada qızın ağzını boynundakı şərflə, əllərini və ayaqlarını isə yerdən tapdığı kapron iplə bağlayıb.

Daha sonra Zaur Misitrxanov cib bıçağından silah qismində istifadə etməklə Sevda Nəbiyevanı hədələyib və onu ailə qurmaq məqsədilə oğurladığını deyib.

Seksual hərəkətlər

Zaur Misirxanov orada Sevda Nəbiyevanı evlənməyə razı salmaq üçün seksual xarakterli hərəkələr edib. Sevda Nəbiyeva Zaur Misirxanovla ailə qurmaqdan imtina edib. Polisə edilən şikayət əsasında Zaur Misirxanov həbs edilib.

3 maddəli cinayət işi

Zaur Misirxanov Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham edilib.

12 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Misirxanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Misirxanovun vəkili Könül Salehova apelyasiya şikayəti verib. Vəkil şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Cinayət Məcəlləsinin 134 və 151-ci maddələrinin ittihamdan xaric edilməsini, 144.3-cü maddə ilə daha yüngül cəza təyin olunmasını istəyib.

Vəkilin yazdığı şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərara elan edib. Qərara görə, Zaur Misirxanovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər