3 Avqust 2016 14:28
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirulən prisesdə qərar elan edilib.
Saday Şəkərlinin cəzası 5 ilə endirilib.

İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi 10 min manat məbləğində pul tələb edib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıdan məhrum edilib.

Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər