4 Avqust 2016 18:05
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda 15 yaşlı qızın qətli ilə bağlı yeni təfərrüat üzə çıxıb. 15 yaşlı Elfnə Cəfərovanı xüsusi amansızlıqla öldürən anası Züleyxa Cəfərova Sabunçu rayon Prokurorluğunda ifadə verib.

Teleqraf.com xəbər verir ki, Züleyxa Cəfərova qızını öldürdüyünü etiraf edib. O, bildirib ki, həyat yoldaşı bir neçə ay əvvəl cinayət törətdiyi üçün həbs edilib və hazırda həbsxanada cəza çəkir.

“Qızım sözümə baxmırdı. Nə deyirdim, cavabımı qaytarıdı. Onunla bacara bilmirdim. Onun pis yola düşməsinə etiraz edirdim. Hər dəfə də məni təhqir edirdi, sözümə baxmırdı. Məcbur qalaraq sonuncu dəfə onu yatdığı yerdə yaylığıma boğaraq öldürdüm”, -deyə qızını öldürən ana ifadəsində qeyd edib.

11:51

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova 2001-ci il təvəllüdlü qızı Elfanəni boğaraq öldürüb.

Məlumata görə, Züleyxa Cəfərova 1999-cu ildə ailə həyatı qurub. 2001-ci ildə dünyaya gələn qızı Elfanə ilə münasibətləri bir neçə ay olar ki, gərginləşib.
Buna səbəb Elfanə Cəfərovanın bir oğlanla münasibət saxlaması olub. Həmçinin qızının açıq-saçıq geyinməsi ananı narahat edib. Bu səbəbdən ana və qızı arasında bir neçə dəfə mübahisə olub.

Sonuncu dəfə Elfanə ilə anası arasında bu zəminində mübahisə yaranıb. Mübahisə sonda cinayətlə nəticələnib.


Züleyxa Cəfərova polis əməkdaşları tərəfindən həbs edilib. Hazırda Züleyxa Cəfərova Sabunçu Prokurorluğunda dindirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər