Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.
Bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 -ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.
Xaçmaz rayon Polis Şöbәsindәn APA -nın yerli bürosuna verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.