AXCP Ali Məclisinin üzvü Firdovsi Məlikov azyaşlı oğlu ilə Cəlilabad-Cəngan yolunda baş vermiş avtomobil qəzası zamanı dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat başqanının müşaviri Yadigar Sadıqov Feysbuk hesabında yazıb: “AXCP üzvü Firdovsi Məlikov övladı ilə birlikdə avtomobil qəzasında həlak olub. Çox acınacaqlı xəbərdir. Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm”.