Goranboy rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yolpaq kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Mais Məmmədov ov tüfəngindən açdığı atəş nəticəsində özünü vurub. Xəsarət alan mais Məmmədov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, Mais Məmmədov intihar etmək məqsədilə özünü vurub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov