27 Avqust 2016 10:52
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun hər biri 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan şəxslər bəraət hökmü tələbi ilə apelyasiya şikayəti veriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər