Şabran rayon sakinin meyiti kanaldan tapılıb.
Teleqraf.com xəbər verir ki, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Onun iyunun 6-da Şabran rayon polis şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 60 yaşlı Orucov Fərhad Müslüm oğlu 2 iyun 2016-cı il tarixində yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Bu barədə Şabran rayon polis şöbəsinə onun qardaşı Vaqif Orucov ərizə ilə müraciət edərək məlumat verib.
Hacı Zeynalov