30 Avqust 2016 20:15
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Gülnar Hüseynovaya məxsus gözəllik salonundan 1 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Nurlan Əliyev tutulub.
Nurlan Əliyevdən 0,162 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər